“Azərbaycan xalqı ulu öndərimizin siyasi kursunu davam etdirmək və dövlətini gələcək inkişaf səviyyəsinə qaldıracaq przidentini müəyyənləşdirmişdi. Bu, İlham Əliyev idi. İlham Əliyev 2023-cü il seçkilərində bütün rəqiblər üzərində möhtəşəm qələbə qazanaraq dövlətin başına keçdi. Və Azərbaycan dövlətçiliyində İlham Əliyev mərhələsi önə çıxdı”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Fəzail Ağamalı Prezident İlham Əlievin 20 illik fəaliyyətində keçilən yola nəzər salarkən bildirib.
F.Ağamalı 20 ilin əvvəlinə baxaraq, 2003-cü il prezident seçkiləri ərəfəsində ölkəmizdə siyasi proseslərin gərgin xarakter daşıdığı zaman kəsiyində xalqı narahat edən nüanslara diqqət çəkib.
“O zaman Ulu öndərimizin səhhətində yaranan problem hər birimzi düşündürürdü. Cəmiyyətdə -“Azərbaycan dövlətinin taleyi necə olacaq, ulu öndərdən sonra Azərbaycanda hakimiyyətə kim gələcək, gələn şəxs ulu öndərin siyasi kursunu qoruyub saxlayacaqmı, onu dayandırmaq iqtidarında olacaqmı” sualları var idi.
Artıq İlham Əliyevin 2003-cü ilin prezident seçkilərində iştirakı xalqın narahatçılığına son qoymaqda idi. Cəmiyyətin, xalqın bütün diqqəti, baxışları İlham Əliyevə doğru yönəlmişdi. İlham Əliyev ətrafda gedən müxtəlif siyasi proseslərə, səslənən fikilərə baxmayaraq təmkinli şəkildə xalqın etimad və inamını qazanmaqda idi”.
F.Ağamalı qeyd edib ki, 2003-cü ildə prezident seçilən İlham Əliyev ötüb keçən 20 il ərzində Azərbaycan xalqının etimadını ən yüksək səviyədə doğrulda bildi.Onun sözlərinə görə, Prezident ilk növbədə ulu öndərimizin təməl prinsiplərinə söykənərək, iqtisadi, siyasi, hüquqi, sosial islahatları davam etdirdi, islahatlar idarəçilik sistemində özünü ifadə etməyə başladı.
“İlham Əliyevin Prezidentliyinin ilk illərində regionların sosial-iqtisafi inkişafı ilə bağlı ciddi sənədlərə imza atıldı və o, həmin sənədlərin həyata keçirilməsinə birbaşa nəzarət etmək nümunəsini ortaya qoydu. Regionlara vaxtaşırı səfərləri onun imzaladığı sənədlərin yerlərdə həyata keçirilməsini stimullaşdırır və ciddi məsuliyyət yaradırdı.
20 il ərzində prezident ölkə iqtisadiyyatını yüksəltdi. Ölkə iqtisadiyyatı 20 il ərzində, dünyada iqtisadi və maliyyə böhranları baş versə də, Azərbaycan özünü bundan sığortalayaraq öz inkişaf tempinin davamlı inkişafını qoruyub saxlaya bildi. Ölkə iqtisadiyyatında bir il də olsa belə geriləmə olmadı. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, maliyyə imkanları artdıqca həm sosial problemlərin həlli, həm də dövlətin güclənməsinə imkan verən digər vəzifələr də həyata keçirilirdi.
20 il ərzində, xüsusilə prezidentliyə başladığı ilk gündən torpaqlarımızın azad edilməsinə yönəlik atmış olduğu hər bir addım Azərbaycanı qələbəyə doğru gətirməkdə idi. İqtisadi inkişaf, maliyyə imkanlarının genişlənməsi və bu zəmində Azərbaycanda modern ordunun yaranması, ordunun müasir texnika ilə təhciz edilməsi, müdafiə sənayesinin yaranması uğurla həyata keçirilirdi”.
F.Ağamalı bütün bunlarla yanaşı Prezidentin torpaqların azad edilməsi yönündə gördüyü işlərlə yanaşı, xarici amillərin ustalıqla nəzərə alınmasını mühüm amil kimi önə çəkib. O, İlham Əliyevin bu prosesdə bizə daha çox maneə ola biləcək halları aradan qaldırmaq üçün Avropa məkanında dostlarımızın sayının artırılmasına xüsusi diqqət yetirdiyini qeyd etdi.
“Təsadüfi deyil ki, İlham Əliyevin prezidentlik etdiyi 20 illik dövrdə Avropa İttifaqının 9 ölkəsi ilə strateji əməkdaşlıq haqqında sənədlər imzalandı. Bu, Azərbaycanın Avropa məkanında nüfuzunun və mövqeyinin artırılmasına, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına imkan verə biləcək ciddi bir platforma kimi formalaşırdı. Dostlarımızın sayı artırdı, Azərbaycan məsuliyyətli, etibarlı tərəfdaş kimi dünyanın diqqətini cəlb etməkdə idi. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbyacanın oynamış olduğu rol, dövlətin imicinə, nüfuzunun artmasına təsir gödtərməkdə idi. Beləliklə, bütün potensial, ehtiyat mənbələri Azərbayacn prezidenti tərəfindən səfərbərliyə alınaraq Azərbaycan cəmiyyətinin immunitetini gücləndirərək, nüfuzunu artırırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə əks-hücuma başladı və 44 gün ərzində zəfər qazandı. Ermənistan ordusuna ciddi zərbələr vuruldu”.
F.Ağamalı 44 günlük müharibəsidən keçən 3 il ərzində Azərbaycan Prezidentinin bir gün belə dayanmadan erməni işğalına son qoyulmanın nəticələrini dünyaya çatdırmaq və tanıtmaq üçün gördüyü mühüm işləri xüsusilə qeyd edib. Bildirib ki, Prezident bunun üçün diplomatik və informasiya savaşını uğurla davam etdirdi.
“Öndə Prezident və komandası olmaqla diplomatik, informasiya cəbhəsinə uğurlara imza atmaqda idi. Vətən müharibəsindən keçən 3 il ərzində “Dağlıq Qarabağ” amorf qurumun ləğv olunması, separatçı xunta rejimin fəaliyyətinin dayandırılması, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyüyün qorunması üçün görülən işlər özünün nəticələrini verməkdə idi. 2023-cü ilin aprelin 23-də Laçında sərhəd -keçid buraxılış məntəqəsinin yaradılması və erməni xunta regiminə Ermənstandan, İrandan gələn silah-sursat yardımının qarşısının alınması kimi ciddi bir vəzifə yerinə yetirildi. 2023- sentyabrın 19-da antiterror əməliyyatı başladı və 1 gün ərzində mülki insanlara, infrastruktura zərər vurmadan unikal nəticə əldə edildi. Beləliklə 100 ildən bu yana bizə problemlər yaradan “qan çanağı” məhv edildi. Bütün ölkə ərazisində Azərbaycanın üçrəngli bayrağı dalğalandı. Ölkə başçısı, işğaldan azad edilmş Xankəndi, Xocavənd, Ağdərə, Əsgərana gedərək öz əlləri ilə tarixi ərazilərimizdə Azərbaycanın bayrağını dalğalandırdı. Azərbaycana ağır faciələr yaradan erməni xunta rejimin qan çanağının aradan qaldırılması Azərbaycan dövlətinin bu gününə, sabahına töhfələr verən tarixi hadisə idi. Prezident İlham Əliyev 20 il ərzində dayanmadan ailəsi ilə, xüsusilə hörmət və rəğbət bəslədiyimiz silahdaşı olan Mehriban xanımın da əməyi olmaqla dövlətçiliyə böyük töhvələr verdi, dünyaya “müharibə necə aparılmalıdır" təcrübəsini qoydu. Əlbəttə ki, torpaqların işğaldan azad olunması Azərbaycanın qəhrəman ordusunun, peçşəkarlığının təntənəsi idi”.